Bakı şəhəri, Yasamal ray., A.M.Şərifzadə 3137ci məhəllə

+994505570515 @mycargo.az

Tez-tez soruşulan suallar

Necə işləyir?
Saytımızdan qeydiyyatdan keçməklə siz, şəxsi istifadəniz üçün Türkiyədə
 yerləşən ofisin ünvanını əldə edirsiniz.
Beləliklə, Türkiyə saytlarından sifariş zamanı çatdırılma ünvanı olaraq My Courier & Cargo-in Türkiyə ofisinin ünvanını qeyd edirsiniz.
Əməkdaşlarımız sizin adınızdan bağlamanızı təhvil alır və siz bununla bağlı bildiriş alırsınız. Bağlamanızın Bakıya yola düşməsi üçün siz bu mərhələdə gömrüyə bu haqda Smart Customs tətbiqi vasitəsilə bəyan etməlisiniz.
Bundan sonra bağlamanız növbəti reyslə Bakıya yola salınır.
Qeyd edək ki, bağlamalar Türkiyədən həftədə 5 dəfə yola düşür. Yerli anbarda ərazilər üzrə kuryerlərimizə təhvil verilir və bağlamanız sizin ünvanınıza doğru yola çıxır. 
Azərbaycan kartını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm?
Azərbaycan kartını qəbul etməyən saytlardan "Sifariş et" 
xidmətimizdən istifadə edərək alışveriş edə bilərsiniz. 
  • Sifariş et bölməsinə daxil olun, 
  • Bəyəndiyiniz məhsulun linkini bizə göndərin, 
  • Balansınızı artırın və gözləyin. 

Bağlama çatdırılan zaman göstərdiyim ünvanda olmasam nə olacaq?
Bağlama çatdırılan zaman göstərdiyiniz ünvanda olmasanız kuryerlərimiz növbəti gün yenidən bağlamanızı təhvil vermək üçün ünvanınıza yaxınlaşacaq.
Daşınma haqqını hansı üsullarla ödəmək olar?
Bank kartı vasitəsilə şəxsi kabinetinizdə daşıma balansını artıra və ya 
bağlamanı təhvil alarkən nağd şəkildə kuryerə ödəyə bilərsiniz.
Bağlamanı təhvil ala bilmək üçün hansı sənədlər lazımdır?

Bunun üçün şəxsiyyət vəsiqənizi ( və ya şəklini) və istifadəçi

 kodunuzu kuryerə təqdim etməyiniz kifayətdir.

Bağlamanı başqa adam təhvil ala bilərmi?

Bəli, sizin şəxsiyyət vəsiqənizlə və ya vəsiqənizin şəkli ilə 

müştəri kodunuzu təqdim edərək başqa biri bağlamanızı təhvil ala bilər.

Sifarişlər neçə gün ərzində çatdırılır?

Xarici anbara daxil olduqdan sonra gömrüyə bəyan edilən bağlamalar həftədə 5 dəfə Türkiyədən yola salınır. 

Bağlamaların satıcı mağazadan bizim xarici ünvana çatdırılması isə mağazadan,

 bağlamanın təmin edilmə vaxtından və sifariş

sıxlığından asılı olaraq dəyişir. 

Uzunluğu 1 metrdən yuxarı olan bağlamalar üçün çatdırılma ödənişi

Türkiyədən göndərilən bağlamanızın

 fiziki çəkisinə görə hesablanan məbləğdən əlavə 5$ da ödəniş edirsiniz.

Hansı ərazilərə çatdırılma var?

Türkiyədən sifariş olunan bağlamalar Bakı və Sumqayıt ərazilərində birbaşa çatdırılır.

Bağlamam gömrükdə saxanılıb, nə etməliyəm?

Bizim əməkdaşlarımız bu proseduru sizin əvəzinizdən həll edib, bağlamanızı sizə təhvil vermək üçün çalışacaqlar,

lakin sizin fiziki olaraq iştirakınız mütləq olduğu halda siz, daşınma xərcini ödədikdən sonra əldə etdiyiniz qaimə və barkode ilə birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala biləcəksiniz.