Qaydalar və şərlər

Qaydalar və şərlər

İSTİFADƏÇİ QAYDALARI



mycargo.az göstərdiyi daşıma xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, bütövlüyünə, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmasına  görə heç bir məsuliyyət daşımır.  Xarici anbarımıza daxil olmuş məhsul, yalnız Bakı anbarına çatdırılır. Müştəri həm “Mənim üçün sifariş et” xidmətindən istifadə edə bilər, həm də şəxsi plastik kartından istifadə edərək, sifariş verə bilər. Bağlamanı təhvil alarkən, mütləq şəkildə şəxsiyyət vəsiqənizi göstərməyi unutmayın. Bağlamanı qəbul edərkən kuryer uzaqlaşmadan məhsulu yoxlamağınızı xahiş edirik. Əks halda bağlama ilə bağlı iradlara baxılmayacaq. "Çatdırılma ünvanı" qeyd edərkən ünvanın dəqiq olması mütləqdir. Tərəfimizdən gətirilən bağlamalar mycargo.az vasitəsi ilə geri qaytarılmır.



SİFARİŞ ET


  • İstifadəçi şəxsi məlumatları düzgün qaydada qeyd etməklə qeydiyyatdan keçməlidir. Qeyd edilən məlumatların doğruluğuna görə istifadəçi məsuliyyət daşıyır.
  • İstifadəçi ay ərzində dəyəri 300 ( üç yüz ) ABŞ dolları məbləğinədək əşya sifariş etdikdə, istifadəçidən gömrük rüsumu tutulmur. Şəxsi istifadə limitinə daxil olan məhsulların kommersiya məqsədli olmadığı və məhz şəxsi istifadə üçün olduğu əsaslandırıla bilməlidir.
  • Sifarişin dəyəri cari ərzində 300 (üç yüz) ABŞ dolları məbləğindən artıq olarsa, İstifadəçi sifarişin ümumi dəyərinin 36%-ə dək gömrük rüsumu gömrük orqanına ödəmək öhdəliyini öz üzərinə götürür.
  • Daşıyıcı bütün sifarişlərin daşımasını həyata keçirərkən yalnız 300 ABŞ dollarınadək sifariş olduqda gömrük sənədləşmələrini öz üzərinə götürür. Dəyəri daha yüksək məbləğdə sifariş verilərsə, daşıyıcı malı Gömrük terminalınadək gətirməyi, istifadəçi isə digər sənədləşmə və malın terminaldan təhvil götürülməsini öz üzərinə götürür.
  • Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün En x Hündürlük x Uzunluq / 6000 standartı tətbiq edilir.
  • Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (avia reyslərin gecikməsi, gömrük yoxlamaları və s.) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və bu hal sifarişdən imtina üçün əsas sayıla bilməz.
  • Sifariş əsasında daşınan bağlamadakı əşyanın qüsurlu olmasına, məhsulun ölçüsünün, rənginin, çeşidinin və s. səhv gəlməsinə görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır.
  • Daşınan bağlamanın çatdırılma üçün xidmət haqqı çəkiyə görə hesablanır. İstifadəçi bağlamalarını "My Courier & Cargo" kuryeri ünvanı tərk etmədən yoxlamalı, hər hansı bir zədə və ya çatışmazlıq olduğu təqdirdə şirkəti məlumatlandırmalıdır. Əks təqdirdə zədələnmiş bağlamalara görə şirkət məsuliyyət daşımır!
  • Sına biləcək əşyalar daşınma öncəsi sığortalanmır. Bu kimi məhsullar göndərici (satıcı) tərəfindən xəsarət almayacaq şəkildə qablaşdırılmalıdır. Daşınma zamanı yaranmış hər hansı bir problemə görə şirkət məsuliyyət daşımır!


MƏNİM YERİMƏ SİFARİŞ ET


"My Courier" MMC satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Bundan sonra Daşıyıcı adlandırılacaq My Courier & Cargo MMC-yə məxsusdur:

  • Sifarişçi tərəfindən sifariş edilən malların alınaraq toplandığı saxlama yeri.
  • Malların sifarişçi tərəfindən qəbul edildiyi yer.
  • Daşıyıcı istehsalçı deyil və heç bir satış xidməti göstərmir. Sifarişçi ödənişini şəxsi hesabından daşıyıcının əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür.
  • Sifariş verilmə prosesi üçün 5% ödəmə komissiyası nəzərdə tutulmuşdur. Bu faiz My Courier & Cargo MMC-nin daşıma haqqına şamil edilmir.
  • Sifarişçinin ünvanında ödəmək şərti ilə göndərilən sifarişlər qəbul olunmur.
  • "Daşıyıcı” heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
  • Daşıyıcı sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər.)
  • My Courier & Cargo MMC satıcı tərəfindən sifarişin daşıyıcının anbarına çatdırılma müddətinə görə cavabdehlik daşımır. Sifariş anbara daxil olduğu andan çatdırılma məsuliyyətini öz üzərinə götürür.
  • Ödəniş edərkən xarici anbaradək olan xarici ölkə daxili daşıma haqqı ödənmədikdə hesabınızda mənfi olaraq göstəriləcəkdir. Bağlamanızı götürdükdə Azərbaycana daşıma haqqı ilə yanaşı xarici ölkə daxili daşıma haqqı ödənişi tələb olunacaqdır. 
  • "Sifariş et " xidmətindən istifadə zamanı əgər, sifariş edilən məhsulun dəyərindən maximum 10 AZN olmaqla 10%-dək kənarlaşma olarsa, müştəriyə məlumat verilmədən balansından silinməklə alış həyata keçirilir. 
  • İstifadəçi sifariş üçün link göndərən zaman məhsulla bağlı məlumatları müvafiq xanalara doğru şəkildə qeyd etməlidir. Sifariş icra edilərkən müştərinin müvafiq xanalara daxil etdiyi məlumatlar əsas kimi götürüləcək .
  • Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən müştərinin mycargo.az -dakı sifariş balansına geri  qaytarılarsa, 5% komissiya geri qaytarılmır.
  • Sifariş olunmuş məhsulun ödənişi aşağıdakı hallarda müştərinin My Courier & Cargo sifariş balansına geri qaytarılır: 
    1. Məhsul satıcı firmanın balansında tükəndikdə;
    2. Müştəri yanlışlıqla balansına vəsait daxil etdikdə;
    3. Müştəri sifarişdən imtina etdikdə.